Azərbaycanın daşınmaz əmlak bazarında lüks anlayışı yeni və daha eleqant bir mərhələyə qədəm qoyur. 22 iyul 2026-cı il tarixində Xəzərin mirvarisi Sea Breeze-də ölkənin ilk ELIE SAAB brendli rezidensiyası olan Panorama by ELIE SAAB layihəsinin rəsmi təməlqoyma mərasimi baş tutdu. Yüksək moda estetikasını dənizkənarı lifestyle konsepti ilə birləşdirən bu eksklüziv tədbir, Bakının premium memarlıq xəritəsinə zamansız bir imza atdı.
Couture Dünyasının Memarlıq Təcəssümü
Qlobal moda nəhəngi ELIE SAAB-ın zərif xətlərini və lakonik dizayn fəlsəfəsini dəniz sahilinə daşıyan rezidensiyalar, sakinlərinə sadəcə bir ev yox, incə zövqlə işlənmiş vizual harmoniya vəd edir. Xəzər dənizinin sahilində yüksələn bu layihə, beynəlxalq daşınmaz əmlak təcrübəsi ilə yüksək dəbin mükəmməl kəsişməsidir.
Qlobal Tərəfdaşlıq və Gələcəyin Memarlıq İrsi
Tədbirin rəsmi hissəsində layihənin arxasındakı böyük güclərin rəhbərləri səhnədə regional vizyon və tərəfdaşlığın əhəmiyyətindən danışdılar:
- Orxan Mustafayev (Sabah Investment Group-un İdarə Heyətinin sədri): Qeyd etdi ki, bu tərəfdaşlıq Azərbaycanın premium daşınmaz əmlak sektoruna unikal bir keyfiyyət standartı gətirir və layihə ölkənin investisiya cəlbediciliyini beynəlxalq miqyasda gücləndirir.
- Elie Saab Junior (ELIE SAAB brendinin nümayəndəsi): Brendin unikal dizayn mirasının və zərif ekteryx fəlsəfəsinin Bakının müasir siması ilə necə vizual harmoniya yaratdığını vurğuladı.
- Emin Ağalarov (Sea Breeze-in təsisçisi): Sea Breeze ekosisteminin beynəlxalq brend rezidensiyalar üçün qlobal bir mərkəzə çevrildiyini və Panorama layihəsinin bu sahədə yeni bir etalon təyin etdiyini bildirdi.
Rəmzi Başlanğıc və Canlı Atmosfer
Gecənin ən mühüm anı - tərəfdaşların iştirakı ilə ilk təməl daşının rəmzi olaraq yerləşdirilməsi və layihənin rəsmi tikinti fazasının başladılması oldu. Rəsmi hissədən sonra ölkənin yaradıcı, iş və media dünyasının nüfuzlu simaları dəniz mehinin müşayiətində, zərif kokteyl qəbulu və canlı musiqili performanslarla axşamın dadını çıxardılar.
Panorama by ELIE SAAB, dəbi sadəcə geyimdə deyil, yaşadığı məkanda və həyat tərzində axtaranlar üçün layihələndirilib. Bədii memarlıq elementləri, eksklüziv sahil həyatı və premium rahatlıq indi tək bir nöqtədə, Sea Breeze-də birləşir. Xəzərin sahilində, yüksək dəbin ritmində yaşamağın tam zamanıdır.










