Treva Real Estate, Sabah Development ilə birgə, 1-2 oktyabr 2026-cı il tarixlərində Bakıda keçirilən CAMCA Regional Forum 2026-da iştirak edərək, Azərbaycanın premium daşınmaz əmlak layihələrini beynəlxalq biznes və investisiya icmasına təqdim etdi.
Mərkəzi Asiya və Qafqaz regionunu bir araya gətirən CAMCA Regional Forum dövlət nümayəndələri, investorlar, beynəlxalq təşkilatlar və sahə ekspertlərinin iştirak etdiyi strateji dialoq platformasıdır. 2026-cı il forumunun gündəliyində regional iqtisadi inteqrasiya, nəqliyyat-ticarət koridorları, rəqəmsal transformasiya, investisiya mühiti və regional inkişaf perspektivləri kimi vacib istiqamətlər yer alıb.
Bakının Premium Layihələri Beynəlxalq Diqqət Mərkəzində
Forum çərçivəsində Treva Real Estate və Sabah Development tərəfindən Azərbaycanın premium əmlak sektorunun iki flaqman layihəsi - Panorama by Elie Saab və Brabus Island Baku təqdim olunub.
Təqdim olunan layihələr beynəlxalq iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Qonaqlar layihələrin memarlıq konsepsiyası, strateji yerləşməsi, premium həyat tərzi standartları və uzunmüddətli investisiya potensialı ilə yaxından tanış olublar.
İştirakçılardan Yüksək Qiymətləndirməvə Birbaşa Dialoq
Tədbirdə şirkəti təmsil edən Orxan Mustafayev, qonaqlarla keçirilən görüşlərdə və layihə təqdimatlarında fəal iştirak edib.
Forum gedişində Treva Real Estate komandası müxtəlif ölkələrdən gələn təmsilçilərlə qısa müsahibələr təşkil edib. İştirakçılar Panorama by Elie Saab və Brabus Island Baku layihələrinin yüksək konsepsiyasını, dizayn yanaşmasını və vizual təqdimat keyfiyyətini xüsusi vurğulayıblar.
Biznes ideyasının icraya keçid müddəti sürətlənməlidir. Sahibkarlara şeffaf tənzimləmə, sürətli qərar qəbulu və kapitala rahat çıxış lazımdır. CAMCA regionunda çoxlu istedadlı sahibkarlar var. Əsas çətinlik ideya deyil, onu biznesə çevirmək üçün tələb olunan vaxt və mürəkkəblikdir. Əgər güclü layihələrin qiymətləndirilməsi və maliyyələşməsini effekti etsək, regiona beynəlxalq investisiya axını dəfələrlə artacaq.
Nəticə və Geoloji Perspektiv
CAMCA Regional Forum 2026 Treva Real Estate və Sabah Development üçün beynəlxalq şəbəkəni genişləndirmək, yeni strateji tərəfdaşlıqların təməlini qoymaq və Bakının premium daşınmaz əmlak potensialını qlobal müstəvidə nümayiş etdirmək baxımından son dərəcə səmərəli platforma oldu.
Treva Real Estate olaraq Azərbaycanın daşınmaz əmlak sektorunu beynəlxalq arenada təmsil etməyə, yerli bazara xarici investisiyaları cəlb etməyə və beynəlxalq standartlara cavab verən PropTech və əmlak həllərini təşviq etməyə devam edirik.


















