Tədbir

AIREX 2026

06.11.2026

AIREX 2026

4-6 noyabr 2026-cı il tarixlərində Baku Expo Center-də Azərbaycanda daşınmaz əmlak və investisiyalar sahəsində keçirilən ilk ixtisaslaşmış beynəlxalq sərgi - AIREX 2026 baş tutdu. Sərgi dünyanın müxtəlif ölkələrindən olan developer şirkətlərini, investorları, daşınmaz əmlak agentliklərini, memarları və PropTech nümayəndələrini təcrübə mübadiləsi, layihələrin təqdimatı və yeni əməkdaşlıqların qurulması üçün vahid platformada bir araya gətirdi.

TREVA Real Estate öz layihələrini, innovativ imkanlarını və rəqəmsal ekosistemini təqdim edərək bu mötəbər beynəlxalq tədbirdə fəal iştirak etdi.

TREVA Real Estate AIREX 2026-da

Sərgi müddətində komandamız potensial alıcılar və investorlarla sıx görüşlər keçirdi. Qonaqlara portfolioya daxil olan mənzil və kommersiya obyektləri barədə ətraflı təqdimatlar olundu, investisiya gəlirliliyi və bazar tendensiyaları təhlil edildi. Sərginin gedişində birbaşa satışlar həyata keçirildi. Mühüm istiqamətlərdən biri də strateji işgüzar əlaqələrin qurulması və B2B netvörkinq oldu. AIREX 2026 bazar iştirakçıları ilə birbaşa dialoq yaratmaq, yeni tərəfdaşlıq imkanlarını qiymətləndirmək və gələcək birgə layihələrin təməlini qoymaq üçün effektiv platformaya çevrildi.

TREVA rəqəmsal platformasının və rəsmi veb-saytının təqdimatı

Tədbirdəki çıxışımız zamanı TREVA Real Estate-in rəsmi veb-saytının və rəqəmsal ekosisteminin təqdimatı keçirildi. Çıxışda daşınmaz əmlak bazarının üç ana sütununu - alıcıları, brokerləri və developer şirkətlərini rəqəmsal məkanda birləşdirən PropTech konsepsiyamız haqqında ətraflı məlumat verildi.

TREVA platforması daşınmaz əmlak zəncirindəki bütün iştirakçılar üçün qarşılıqlı əlaqəni daha çevik, şəffaf və nəticəyönümlü etmək üçün nəzərdə tutulub:

  • Alıcılar üçün: Uyğun daşınmaz əmlak obyektlərinin axtarışı, dəqiq parametrlər üzrə filtrasiyası və birbaşa təkliflərə rahat çıxış imkanı.

  • Brokerlər üçün: Müştəri bazasını idarə etmək, portfeli genişləndirmək və peşəkar əlaqələri avtomatlaşdırmaq üçün funksional rəqəmsal alətlər.

  • Developerlər üçün: Layihələri geniş auditoriyaya təqdim etmək, potensial alıcı axınını optimallaşdırmaq və satış dövrəsini sürətləndirmək üçün analitik platforma.

Biz sadəcə elanlar toplusu deyil; alıcı, broker və tikinti şirkətlərinin vahid qaydalarla əməkdaşlıq etdiyi rəqəmsal ekosistem formalaşdırırıq.

AIREX 2026-da iştirakın mühüm rolu 

AIREX 2026-da iştirak TREVA Real Estate üçün layihələri nümayiş etdirməklə yanaşı, sahədəki mövqeyimizi möhkəmləndirmək, innovativ PropTech həllərimizi bölüşmək və sektorun rəqəmsal transformasiyasına töhfə vermək baxımından vacib pillə oldu. Stendimizi ziyarət edən bütün qonaqlara, potensial tərəfdaşlarımıza və sərginin təşkilatçılarına göstərdikləri diqqət və məhsuldar müzakirələrə görə təşəkkür edirik. Bazada innovasiyaları tətbiq etməyə, şəffaf mühit yaratmağa və daşınmaz əmlak bazarında rəqəmsal həllərlə dəyər formalaşdırmağa devam edirik.

TREVA Real Estate - Daşınmaz əmlak bazarının bütün iştirakçılarını vahid rəqəmsal məkanda birləşdiririk.

Oxşar bloqlar